Bank Of Baku

Roland Kobia MSK-da olub

Roland Kobia MSK-da olub
# 30 aprel 2013 13:56 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfir qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıb və təmsil etdiyi qurumun MSK ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırıb.

  

MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulayıb.

 

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR