Bank Of Baku

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib - YENİLƏNİB

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib  - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2013 10:06 (UTC +04:00)

 APA-nın məlumatına görə, Milli Şuranın bu gün keçirilən təsis konfransında onun sədrliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən irəli sürülüb.

 

Konfransda Milli Şuranın Əsasnaməsi, Bəyannaməsi və təşkilat tərəfindən beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.

 

 

 

***

 

saat 12:13

 

Bakı. Ramil Məmmədli - APA. Müxalifətin bir qrupu Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis edib.

 

APA-nın məlumatına görə, bu gün keçirilən toplantıda Cəmil Həsənli deyib ki, yaxın zamanda Milli Şura prezident seçkilərində irəli sürüləcək namizədi müəyyənləşdirəcək. C. Həsənli qurumun yaradılması istiqamətində aparılan danışıqlarda razılaşdırılmamış məsələlərin konfransda müzakirəsini məqsədəuyğun saymayıb.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qurumun hələ təsis olunmadığını, bu addım atıldıqdan sonra gündəliyin müəyyənləşdirilməsinin mümkünlüyünü söyləyib.

 

Milli Şura təsis olunandan sonra iclasda vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr başlayıb.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bunun əleyhinə olub və onların Leyla Yunusla mübahisəsi düşüb.

 

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da vahid namizədin müəyyənləşdirilməsinin zəruriliyini deyib.

 

“El” hərəkatının sədri Eldar Namazov isə vahid namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliyinin gündəlikdə olduğunu deyib.

 

Lakin vahid namizədin bu iclasda müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilməyib.

 

Milli Şurasının 129 nəfərlik siyahısı da təsdiqlənib. Siyahıda tanınan şəxslərdən Pənah Hüseyn, Rauf Arifoğlu, İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev və başqaları yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR