Bakı. Ramil Məmmədli-APA. Sabah Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Bakı Əyləncə Mərkəzinin "Elza" zalında növbəti qurultayını keçirəcək.
BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı APA-ya deyib ki, qurutaya hazırlıq yüksək səviyyədə olub: Bir ildir ki, BAXCP növbəti qurultayını keçirə bilmirdi. Bakı Şəhər İcra Hakmiyyəti BAXCP-nin qurultayının keçirilməsi üçün yer ayırmırdı. Bizim 747 qurultay nümayəndəmiz secilmişdi. Amma bizə 300-350 nəfərlik zal ayrılırdı. Məsələ partiya rəhbərliyinin prezident İlham Əliyevə müraciətindən sonra həllini tapdı”.
N. Orduxanlı deyib ki, qurultay nümayəndələrinin 80-90 faizi sabahkı tədbirdə iştirak edə biləcəklər.
N. Orduxanlı qurultayın mətbuata açıq olduğunu deyib: "Qurultaya yalnız "İslahat" qrupunda olan partiyalar və təşkilatımıza dostluğu münasibəti olan bir neçə tanınmış şəxs dəvət edilib”.
BAXCP sədrinin müavini 2013-cü il prezident seckilərində iştirakla bağlı partiyanın qərarının olduğunu da qeyd edib: "BAXCP-nin prezident seckilərində iştirak etməklə bağlı qərarı var. Sabah qurultayda yeni sədr seçiləcək”.
N, Orduxanlı deyib ki, onun namizədi indiki sədr Qüdrət Həsənquliyevdir.