Bank Of Baku

Şahin Mustafayev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun rəhbəri təyin olunub

Şahin Mustafayev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun rəhbəri təyin olunub
# 05 iyun 2013 08:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, yaradılmış Milli Fəaliyyət Qrupuna iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbər təyin olunub.

 

Qrupda həmçinin digər nazirlik və komitələrin nümayəndələri, nazir müavinləri, səhmdar cəmiyyətlərin rəhbərləri təmsil olunurlar.

 

Milli Fəaliyyət Qrupuna “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə müvafiq strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihəsini hazırlayıb müəyyən olunmuş qaydada dövlət başçısına təqdim etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR