Bakı – APA. Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni rəis təyin olunub.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bundan əvvəlki rəisi Mikayıl Cabbarov prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Azərbaycanın təhsil naziri təyin olunub.