Bank Of Baku

Səhlab Bağırov: “İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında aksiya keçirməsinə imkan verilməyəcək”

Səhlab Bağırov: “İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında aksiya keçirməsinə imkan verilməyəcək”
# 07 dekabr 2012 10:04 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.

 

S. Bağırov qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq”.

 

Qeyd edək ki, İctimai Palata dekabrın 10-da saat 14.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR