Bakı. Turan Şakir-APA. Bu gün xalq şairi Səməd Vurğunun vəfatının 57-ci ili ilə bağlı şairin Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbəri Mirəhməd Əsgərov, ədəbiyyatşünas alim Nəzakət Qafqazlı və başqaları iştirak ediblər. Tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb.
Tədbirin sonunda 150 saylı orta məktəbin şagirdləri şairin şerlərini səsləndiriblər.