Bakı. Etibar Məmmədov-APA. “Bir qrup deyir ki, seçkilərə ya “Qarabağ” blokunun namizədi, ya da hansısa geniş qurumlarla birgə gedək, digər qrup isə partiyanın seçkilərdə öz namizədi ilə iştirakını önə çəkir”.
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib.
Partiya sədri ADP-nin bu il keçiriləcək prezident seçkilərində iştirak məsələsinə toxunaraq bildirib ki, Seçki Məcəlləsinə görə, partiyanın hələ hüquqi cəhətdən prezidentliyə namizəd irəli sürməsinə müəyyən vaxt var: “Bu dövrdə namizədlərin irəli sürülməsi sadəcə olaraq siyasi qərarları ifadə edir. Hər halda namizədliyi irəli sürülmüş insanlar hələlik qanuna görə seçki kampaniyasına qoşula bilmirlər”.