Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifət artıq qələbə üçün birləşmə şansını əldən verib”

Sərdar Cəlaloğlu: “Müxalifət artıq qələbə üçün birləşmə şansını əldən verib”
# 09 aprel 2013 11:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Çoxnamizədli sistemdə narazı kütlə ayrı-ayrı liderlər ətrafında parçalanacaq”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib.

 

ADP sədri bildirib ki, son vaxtlar müxalifətdə, ümumilikdə cəmiyyətdə baş verən hadisələri antidemokratik proses kimi dəyərləndirir. Onun sözlərinə görə, artıq müxalifət qələbə üçün birləşmə şansını əldən verib: “Bundan sonrakı cəhdlərin heç biri müxalifətə ciddi nailiyyətlər vəd etmir. Birlik yaratmaq istəmədilər. Müxalifətin funksional əməkdaşlıqla bağlı müzakirələr aparması söz oyunudur. Bunlar hamısı, birliyin imitasiyasına yönəlib və süni ideyalardır. Düşünürəm ki, ayrılıqda heç bir partiyanın bu seçkilərdə şansı yoxdur. Çünki çoxnamizədli sistemdə narazı kütlə ayrı-ayrı liderlər ətrafında parçalanacaq. Müxalifət seçkiyə yalnız vahid komanda və vahid liderlə gedəcəksə, nə isə ciddi nailiyyət əldə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR