Bank Of Baku

Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib
# 21 may 2013 15:00 (UTC +04:00)

Bakı – APA. Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.

 

APA-nın xəbərinə görə, bu barədə bəyanat mayın 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı və ASAİF-in dəstəyi ilə Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin III forumunun sonunda qəbul edilib.

 

UAGB-nin sədri Anar Tahirov bildirib ki, Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edir: “Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq”.

 

Qeyd edək ki, ASAİF--in təşkilatçılığı ilə iki gün davam edən “Reallaşan ideyalar” devizli Forumda müxtəlif mövzularda panel çıxışlar olub.

 

Xatırladaq ki, UAGB 2010-cu il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin I forumunda təsis olunub. UAGB ötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Hazırda sözügedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir. Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.

 

ARDNŞ-ın Ukraynadakı nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR