Bakı. Kəmalə Quliyeva-APA. “Cəmiyyət Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahat deyil”. APA-nın məlumatına görə, bu fikirləri bunu Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini Səyavuş Novruzov deyib.
O qeyd edib ki, bəziləri qanunsuz aksiya keçirir, polis yaxınlaşdıqda isə cibindən jurnalist vəsiqəsi çıxarırlar: “Yaxud İsmayıllı hadisələri ilə bağlı gərginlik başa çatmamış niyə ora gedirlər? Düzgün adamsan, gözlə, vəziyyət sabitləşsin, sonra get. İlqar Məmmədov da əslində ora getmək istəyirdi və öz yerini tapdı”.