Siyavuş Novruzov: “Aksiyanın təşkilatçı və iştirakçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”

Siyavuş Novruzov: “Aksiyanın təşkilatçı və iştirakçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”
# 10 mart 2013 13:47 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA.  “Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”.

 

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.  

 

S. Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün  xaricdən himayə olunmaqda da ittiham edib: “ Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər.  Bugünkü aksiya cəhdi də bunlardan biridir”.

 

YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.

 

S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR