Bank Of Baku

Siyavuş Novruzov: “Azərbaycanda heç bir siyasi partiya, heç bir təşkilat İsa Qəmbəri vahid namizəd kimi qəbul etmir”

Siyavuş Novruzov: “Azərbaycanda heç bir siyasi partiya, heç bir təşkilat İsa Qəmbəri  vahid namizəd kimi qəbul etmir”
# 07 yanvar 2013 09:52 (UTC +04:00)

 Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

S.Novruzovun sözlərinə görə, iclasda ciddi narazılıqlar da yaşanıb: “Buna baxmayaraq, qeyd etdiyim üç-dörd adamın fikri ilə İsa Qəmbərin prezidentliyə namizədliyi təsdiq olundu”.

 

YAP rəsmisinin fikrincə, bu cür təsdiqlənmə sübut edir ki, Azərbaycanda heç bir siyasi partiya, heç bir təşkilat İsa Qəmbəri vahid namizəd kimi qəbul etmir: “Keçirdikləri iclas bir daha onu göstərdi ki, Müsavat Partiyasının özündə də İsa Qəmbəri namizəd kimi görmək istəməyən adamlar çoxdur. Çünki hələ qarşıdan qurultay gəlir və onlar bu məsələni öz bildikləri kimi fırlatmaq istəyirlər ki, Məclis də bunu təsdiq edə bilər. Amma ali orqan bunu təsdiq etməlidir, ali orqan da onların nizamnaməsinə görə qurultaydır. Qurultayda isə təsdiq olunmaq çox çətin bir məsələdir. Bu baxımdan da bəlli oldu ki İsa Qəmbər həm öz partiyası, həm digər siyasi partiyalar, həm də ictimai təşkilatlar, QHT-lər tərəfindən vahid namizəd kimi dəstəklənmir”.

 

Qeyd edək ki, yanvarın 4-də Müsavat Partiyası Məclisinin toplantısında partiya başqanı İsa Qəmbərin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR