APA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavus Novruzov jurnalistlərə açıqlamasında deyib.
Siyavuş Novruzov bildirib ki, müxalifətin daxilində o qədər hakimiyyət hərisliyi var ki, vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilmirlər: “Əvvəllər olduğu kimi indi də bir-birlərinə ittihamlar davam edir. Heç əziyyət çəkməyə ehtiyac yoxdur. Əli Kərimli və İsa Qəmbərin namizəd olub-olmaması cəmiyyətdə heç nəyi dəyişmir. Çünki həmişə məğlub olublar. Yaxşı olar ki, bələdiyyə seçkilərində namizədliklərini irəli sürsünlər. Bu daha məqsədəuyğundur. İnanıram ki, gələn ilki seçkilərdə də müxalifət növbəti şou göstərəcək və onların fəaliyyəti bununla da başa çatacaq”.