Bank Of Baku

Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri “Daş yuxular”a hələ də münasibət bildirmirsə, deməli onlar da Əkrəm Əylislinin tayıdır”

Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri “Daş yuxular”a hələ də münasibət bildirmirsə, deməli onlar da Əkrəm Əylislinin tayıdır”
# 14 fevral 2013 15:31 (UTC +04:00)

 Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.

 

S. Novruzov deyir ki, Ziyalılar Forumunun üzvü olan Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edən əsər yazıb: “Əkrəmin yazdığını oxuyan hər bir azərbaycanlı, müsəlman təbii olaraq bundan hiddətlənir və haqlı olaraq kəskin etirazlarını bildirir. Çünki əsərdə əli azərbaycanlıların qanına batmış erməni daşnakları yüksəkliyə qaldırılır. İndi əgər adını azərbaycanlıların ziyalısı qoyan bir Forum da buna susursa, dinmirsə, deməli onların ziyalı düşüncəsi də bura qədərdir”.

 

Qeyd edək ki, qalmaqallı “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisli Ziyalılar Forumunun üzvüdür. Forumda Eldar Namazov, Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Gültəkin HAcıbəyli, Eldəniz Quliyev və digərləri təmsil olunurlar. Forumun üzvləri “Daş yuxular” əsərinə hələ də münasibət bildirməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR