Bank Of Baku

Siyavuş Novruzov El Hərəkatının yaradılmasına münasibət bildirib

Siyavuş Novruzov El Hərəkatının yaradılmasına münasibət bildirib
# 12 mart 2013 14:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “Yeni EL hərəkatını elan edənlər nə yaradırlar yaratsınlar, özləri elə köhnə, eyni adamlardır”. Bu açıqlamanı APA-ya müxalif düşərgədə bu gün elan edilən yeni EL hərəkatına münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

 

“İnsanlar hərdən bir kostyumlarını dəyişdiyi kimi, bunlar da təşkilatlarının adlarını dəyişirlər. Bunlar da təşkilatlarını gah Ziyalılar Forumu adlanırlar, gah İctimai Palata adlanırlar və indi də EL hərəkatı adlanmağa başladılar. Bunlar bu və ya digər şəkildə cəmiyyətin diqqətini cəlb eləmək üçün atılan addımlardır. Hərəsi 3-4 təşkilat dəyişə- dəyişə gedirlər. Onların məramı gündəmdə qalmaq, şəxsi mənafelərini həyata keçirmək və maddi durumlarını zənginləşdirməkdir”.

 

Qeyd edək ki, bu gün El Hərəkatı rəsmən elan olunub. El Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Namazov qrupun sədri seçilib. Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Əhmədov daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR