Bank Of Baku

Spiker Oqtay Əsədov: “Konkret xarici qüvvələr ciddi cəhdlə Azərbaycanda sabitliyi pozmağa çalışır”

Spiker Oqtay Əsədov: “Konkret xarici qüvvələr ciddi cəhdlə Azərbaycanda sabitliyi pozmağa çalışır”
# 13 iyun 2013 09:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinin rəhbərliyinə irad bildirib. O qeyd edib ki, nazirlik kadr ehtiyatını milli kadrlarla gücləndirməlidir. Q. Həsənquliyev Müdafiə Nazirliyinin indiki rəhbərliyindəki bəzi şəxsləri vaxtilə Ali Baş Komandana dəstək verməməkdə ittiham edib, onların indiki Ali Baş Komandana da sadiqliklərini şübhə altına alıb.

 

Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycanda sabitlik var: “Amma bəzi konkret xarici qüvvələr var ki, ciddi cəhdlə bu il bu sabitliyi pozmağa çalışırlar. Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.

 

Millət vəkili Aydın Mirzəzadə deyib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib: “Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir”.

 

Çıxışı zamanı siyasi məhbusları azad etməyi zəruri sayan deputat İqbal Ağazadə bildirib ki, dövlət himni oxunarkən milli komandalar, bütün şəxslər dövlət himnini oxumalıdır: “Biz dövlət himnini oxumasaq, cəmiyyətə dövləti sevdirmək çox çətin olacaq”.

 

YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda siyasi məhbus olmadığını vurğulayıb. Onun sözlərinə görə, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var: “Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də “filankəs tutuldu, seçkiyə kölgə düşdü”, “göydən daş yağdı, seçkiyə kölgə düşdü” deyərək müxtəlif bəhanələr gətirirlər”.

 

Deputat Sabir Rüstəmxanlı Türkiyədə bəzi telekanallarda Şah İsmayıl Səfəvi kimi tarixi şəxsiyyətlərimizin təhqir olunduğunu bildirib: “Məsələn, “Kanal 24” telekanalında Şah İsmayıl təhqir olunur. Bu telekanal ARDNŞ-a məxsusdur, o telekanalda niyə Şah İsmayıl təhqir olunur? ARDNŞ rəhbərliyi buna cavab verməlidir”.

 

Deputat Zahid Oruc isə çıxış zamanı MTN-nin son zamanlar aşkarladığı narkotrafiklə bağlı faktdan danışıb: “Beynəlxalq təşkilatlarda narkotrafikə qarşı çox kəskin münasibət var, amma təəssüflər olsun ki, Dağlıq Qarabağı bu mənada nəzərə almırlar. Bizim üçün tamamilə real əsaslar var ki, Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi məhkəməyə verilsin. Biz açıq şəkildə ermənilərin qanunsuz fəaliyyətini sistemləşdirərək beynəlxalq hüquqi qurumlara təqdim etməliyik. Necə olur ki, Əfqanıstandan, İrandan və digər dairələrdən bu cür narkotik tranzitinə və əməliyyatlarına, qanunsuz maliyyə dövriyyəsinə sanksiyalar, ciddi reaksiyalar göstərilir, amma Qarabağ sanki himayə altındadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR