APA-nın məlumatına görə, S. Əkbər qeyd edib ki, Milli Şuraya üzvlüklə bağlı prosedur qaydalar olmalı, quruma üzvlük müəyyən razılaşmalardan sonra baş tutmalıdır: “Yoxsa kimsə özü ilə 20-30 nəfər gətirsin, biz də onları Milli Şuraya qəbul edək. Mən buna qəti etiraz edirəm. Belə getsə, buranı tərk edəcəyəm”.
Müsavat başqanı İsa Qəmbər isə deyib ki, Milli Şuraya yeni üzvlərin qəbulu Əsasnamədə də əksini tapıb: “Ona görə də “Çıxıb gedəcəyəm” və ya başqa ifadələr səsləndirmək düzgün deyil”.