Bakı. Etibar Məmmədov - APA. “Məşvərət Məclisi müxalifətin kütləvi tədbirlərə başlaması istiqamətində ilkin müzakirələrə start verib”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, DQMM İctimai Palata ilə əməkdaşlığı və müxalifətin seçki memorandumunu nəzərə alaraq, digər qurumların da bu istiqamətdə birləşməsinə nail olmağa çalışır: “Biz eyni zamanda digər qurumlar və partiyalarla da danışıqlara başlamağı düşünürük. Çalışacağıq ki, bu kütləvi aksiyalar ümummüxalifət aksiyaları olsun. Məncə, ictimai-siyasi təşkilatlar da, ayrı-ayrı şəxslər də bu məsələni müzakirə edə bilərlər. Bu da ayrı bir platformadır. Ölkədəki mövcud vəziyyət də Azərbaycan müxalifətinin, demokratik qüvvələrin kütləvi tədbirlərə birgə başlamağı tələb edir. Bununla bağlı artıq Məşvərət Məclisində müzakirələrə başlanıb”.