Bank Of Baku

Sülhəddin Əkbər: “Nümayəndələr Palatasının yaradılması Məşvərət Məclisinin fəaliyyətini gücləndiriləcək”

Sülhəddin Əkbər: “Nümayəndələr Palatasının yaradılması Məşvərət Məclisinin fəaliyyətini gücləndiriləcək”
# 09 yanvar 2013 10:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Yeni kateqoriyalara daxil olan insanların Nümayəndələr Palatasına dəvət olunması nəzərdə tutulur”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.

 

Onun sözlərinə görə, DQMM-in tərkibində yaradılan Nümayəndələr Palatası (NP) qarşısına bir sıra məqsədlər qoyub. NP-nin perspektiv cəhətdən genişləndirilməsi nəzərdə tutulur: “Nümayəndələr Palatasının yaradılmasında məqsəd Məclisə daxil olan partiyalar arasında əlaqələri sıxlaşdırmaq və yeni səviyyəyə qaldırmaqdır. Həmçinin bu, Məşvərət Məclisinin fəaliyyətini gücləndirəcək”.

 

ACP sədri qeyd edib ki, yeni yaradılan Nümayəndələr Palatasının perspektiv cəhətdən genişləndirilməsi, həmçinin yeni-yeni kateqoriyalara daxil olan insanların bura dəvət olunması nəzərdə tutulur: “Biz Məclisin reqlament layihəsinin hazırlanması haqqında qərar vermişik. Yeni reqlament növbəti iclaslarda müzakirə olunacaq və Nümayəndələr Palatasına kimlərin daxil olmasına aydınlıq gətiriləcək. Gələcəkdə ola bilsin ki, Məşvərət Məclisinin Nümayəndələr Palatasının daxilində də müvafiq strukturlar yaransın. Nəticə etibarilə biz Məşvərət Məclisi daxilində inteqrasiyanı dərinləşdirmək istəyirik. Bu, Məclisin fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlardan biridir”.

 

Qeyd edək ki, DQMM-in ötən iclasında qurumun Nümayəndələr Palatasının yaradılması haqqında qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR