Bank Of Baku

Sumqayıt hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Sumqayıt hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 28 fevral 2013 09:09 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov – APA.  Milli QHT Forumu Sumqayıt hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən forumun prezidenti Rauf Zeyni 1988-ci il fevralın 27-28-də Sumqayıt şəhərində baş verən hadisələrdən danışaraq bildirib ki, SSRİ təhlükəsizlik orqanları tərəfindən təşkil edilən bu hadisələr Azərbaycan tarixində təxribat kimi yadda qalıb. Hadisələrin əvvəlcədən planlaşdırıldığını deyən R. Zeyninin sözlərinə görə, olaydan bir həftə əvvəl şəhərdə ermənilər arasında bir həyəcan yaşandığı görünürdü: “Hadisələrdən əvvəl əhali arasında söz-söhbət gedirdi. Bir həftə əvvəl polislərin silahlarının yığışdırılması, ermənilərin təşviş içində baklardan pullarını çıxarması Sumqayıt hadisələrinin baş verəcəyindən xəbər verirdi”.

 

R. Zeyni qeyd edib ki, Moskva və Ermənistan rəhbərliyi tərəfindən hadisənin təşkil olunmasında məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, Azərbaycanın imicinə zərbə vurmaqdan ibarət idi. Sumqayıt hadisələrinə artıq hüquqi qiymət verilməsinin vacibliyini bildirən R. Zeyni hesab edir ki, hadisənin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR