Bakı-APA. Suriya Hərbi-Hava Qüvvələri martın 2-də İraq sərhədindəki “Tamama” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşən Yarubiyyə şəhərini ələ keçirmiş üsyançıların mövqelərinə zərbələr endirib.
Martın 1-i və 2-də üsyançılar İraq ərazisinə çəkilmiş hökumət ordusunun birləşmələrini atəşə tutub. Nəticədə 4 suriyalı əsgər ağır yaralanıb, İraq tərəfi onları xəstəxanaya yerləşdirib. İraq sərhədçiləri ölkə ərazisinə zərbələr endirən suriyalı üsyançıların mövqelərinə cavab atəşi açıb. Güclü atışma səbəbindən “Tamama” nəzarət-buraxılış məntəqəsi bağlanıb.
Yarubiyyə şəhərində şiddətli döyüşlər davam edir. Əraziyə cəlb olunmuş ordu birləşmələri üsyançı dəstələrini mühasirəyə alıb.