Bank Of Baku

Tofiq Yaqublu sərbəst buraxılıb

Tofiq Yaqublu sərbəst buraxılıb
# 24 yanvar 2013 14:35 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. İsmayıllıda saxlanılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu sərbəst buraxılıb.

 

Bunu APA-ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, İctimai Palatanın nümayəndələrindən biri kimi səhər saatlarından İsmayıllıda olan Tofiq Yaqublu saxlanılaraq rayon Polis Şöbəsinə aparılıb. Bir neçə dəqiqə əvvəl isə T. Yaqublu sərbəst buraxılıb. Onun sözlərinə görə, rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev T. Yaqublu ilə söhbət aparıb və ona xəbərdarlıq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR