Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin təsis konfransı keçirilib.
APA-nın məlumatına görə, müdafiə komitəsinin sədri, Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib ki, Komitə İsmayıllı hadisələrində həbs edilmiş digər şəxsləri, həmçinin
Q. İbadoğlu komitənin yaradılmasını müdafiənin təşkili istiqamətində atılan ilk addım hesab edib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, T. Yaqublu İsmayıllıya qəzetin əməkdaşı kimi gedib: “Onun ezamiyyətə göndərildiyi haqda sənəd Baş Prokurorluğa təqdim edib. Ortada bu qədər sübut ola-ola, istintaq Tofiq Yaqublunun ora siyasətçi kimi getdiyini israr edir. Bu, qərəzli yanaşmadır”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, bu həbslər fəal insanların cəzalandırılması məqsədi daşıyır: “Biz isə buna qarşı getməliyik. Siyasətçilərin, medianın bölgələrə mütəmadi səfərləri təşkil olunmalı, mitinqlər, piketlər və yürüşlər davam etdirilməlidir”.
O, müdafiənin vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə qurulmasının təşəbbüskarı olduğunu da qeyd edib
Komitənin iclasında Xalq Partiyasının sədri Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlığın Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir və digərləri çıxış edərək, İsmayıllı hadisələri ilə bağlı saxlanılan şəxslərin azadlığa buraxılması istiqamətində sistemli işin qurulmasının zəruriliyini vurğulayıblar.
İclasda T. Yaqublu, İ. Məmmədov və İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin işinə ədalətli baxılması və sərbəst buraxılması ilə bağlı müraciət qəbul olunub.
Sonda Müdafiə Komitəsi qərara alıb ki, dövlət orqanlarına, beynəlxalq hüquq müdafiə təşkilatlarına, diplomatik nümayəndəliklərin Bakı nümayəndəliklərinə yazılı müraciət ünvanlansın, yerli hüquq müdafiəçilərinin iştirakı ilə dinləmələr keçirilsin, sosial şəbəkələrdə onlayın imza kampaniyasına start verilsin. Bu tədbirlərin sonu olaraq, yekun toplantı keçirilsin.
Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu,