Bank Of Baku

Turqut Ər Etibar Məmmədovdan üzr istəyib

Turqut Ər Etibar Məmmədovdan üzr istəyib
# 28 dekabr 2012 09:15 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq müşaviri, təqaüddə olan diplomat Turqut Ər "Azadlıqdan tiranlığa” kitabında yer alan bir məqama düzəliş edib.

 

AMİP-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kitabda 1993-cü ilin aprel ayında Moskvada keçmiş prezident Əbülfəz Elçibəy iqtidarını devirməyə yönəlik toplantıda Etibar Məmmədovun da iştirak etdiyi əksini tapıb. Ancaq müəllif bu istiqamətdə araşdırmalarını davam etdirərkən bunun doğru məlumat olmadığını aşkarlayıb.

 

Bununla bağlı məyusluğunu ifadə edən Turqut Ər “Azadlıq” qəzetinə bunları deyib: "2010-cu ildə nəşr olunan “Azadlıqdan tiranlığa” kitabımda bir sənədə yer verdim. Bu sənəddə Azərbaycan xalqının səsi ilə demokratik qaydada prezident seçilən Əbülfəz Elçibəy iqtidarını devirmək üçün 1993-cü ilin aprelində Moskvada bir yığıncaq keçirildiyi yer alır. Bu yığıncaqda iştirak edənlərin içində Milli İstiqlal Partiyasının o zamankı sədri Etibar Məmmədovun da olduğu kitabda əksini tapıb. Kitab nəşr olunduqdan sonra apardığım araşdırmalar zamanı isə Etibar Məmmədovun o toplantıya qatılmadığını müəyyən etdim. O məlumatın kitabda yer alması bir tərcümə səhvindən qaynaqlanıb. Amma o toplantı olub və orada iştirak edənlər barədə kitabda adı çəkilən başqaları ilə bağlı məqam doğrudur. Buraxılan səhvə görə Etibar Məmmədovdan üzr istəyir və bunu səhv məlumat almasını istəmədiyim Azərbaycan xalqının diqqətinə çatdırıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR