Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası prezidentliyə namizədini müəyyənləşdirib

Vətəndaş və İnkişaf Partiyası prezidentliyə namizədini müəyyənləşdirib
# 08 aprel 2013 13:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Aprelin 7-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda VİP-in qarşıdan gələn prezident seçkilərində iştirakı və partiyanın yeni rəmzlərinin təsdiqlənməsi məsələləri müzakirə olunub.

 

Məclisi üzvləri VİP-in prezident seçkilərində öz namizədi ilə iştirak etməsi təşəbbüsünü dəstəkləyiblər. Çıxışlardan sonra müvafiq təklif səsə qoyulub və səsvermənin nəticələrinə əsasən partiyanın prezident seçkilərində iştirakı, eyni zamanda VİP sədri Əli Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair yekdilliklə qərar qəbul olunub.

 

Ə. Əliyev çıxışında ölkədə demokratiya, insan hüquqları, siyasi və iqtisadi fəaliyyət azadlığının ciddi şəkildə məhdudlaşdırıldığını bildirib. O deyib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın böyük dəyişikliklər dalğasından kənarda qalması mümkün deyil. Prezident seçkilərini Azərbaycanda arzu edilən müsbət dəyişikliklərə nail olmaq üçün böyük imkan kimi dəyərləndirən Ə. Əliyev, VİP üzvlərinin və tərəfdarlarının, o cümlədən cəmiyyətin ölkədə yeniləşmə istəyində olan mütləq hissəsinin dəstəyi ilə bu məqsədə mütləq nail olunacağını bəyan edib.

 

VİP Məclisinin iclasında partiyanın yeni təsvirdə hazırlanmış loqotipi və bayrağı da təqdim olunub və təsdiqlənib.  

 

     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR