Bank Of Baku

Vidadi İsgəndərli: “Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə, buna kim cavab verəcək?”

Vidadi İsgəndərli: “Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə, buna kim cavab verəcək?”
# 20 iyul 2013 14:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Bu gün elə vəziyyət yaranıb ki, Azərbaycan xalqının taleyi Rüstəm İbrahimbəyovla bağlı olub. Qəflətən nəsə bir faciə olsa, Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə, ya da imtina etsə, buna kim cavab verəcək?” APA-nın məlumatına görə, bunu hüquq müdafiəçisi Vidadi İsgəndərli “NİDA” Vətəndaş Hərəkatının üzvləri ilə görüşdə deyib.


AXCP sədri Əli Kərimli cavabında deyib ki, siyasətdə risklər var və bu normaldır. Rüstəm İbrahimbəyovla bağlı neqativ hallar olsa, Mili Şura mövcud situasiyaya uyğun addım atacaq: “Biz Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsi ilə bağlı qərarı yekdilliklə vermişiksə, kim bunu istəmirdisə, gərək özündə güc tapıb deyəydi. Özümüzü neqativliklərə kökləməməliyik. Rüstəm İbrahimbəyovla bağlı neqativ hal olsa, biz situasiyaya uyğun addım atacağıq”.


Vidadi İsgəndərli isə Əli Kərimlinin mövqeyi ilə razılaşmayıb: “Milli Şura öz üzərinə böyük öhdəlik götürüb və bu öhdəliklə oynamaq olmaz. Bizim elə risk etməyə nə imkanımız, nə də vaxtımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR