Bank Of Baku

Vidadi Mirkamal: “Milli Şura ideyası baş tutmaya bilər”

Vidadi Mirkamal: “Milli Şura ideyası baş tutmaya bilər”
# 07 may 2013 12:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müxalif qüvvələrin əksəriyyətini Palata ətrafında birləşdirmək artıq qeyri-mümkündür”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib.

 

V.Mirkamal bildirib ki, İctimai Palata yarananda bütün müxalif qüvvələrin orada təmsilçiliyi ilə bağlı müzakirələr aparılıb, lakin bir çox qüvvələr müxtəlif səbəblərdən quruma qoşulmayıb: “Müəyyən partiyalar hesab etdi ki, onların yolu daha düzgündür, bəziləri isə şəxsi ambisiyaları səbəbindən İctimai Palatada təmsil olunmadılar və müxalifətin daha böyük birliyi alınmadı. Sonra isə birliklə bağlı müəyyən ideyalar ortaya çıxmağa başladı. Düşünürəm ki, artıq gecdir. İctimai Palata ətrafında o qüvvələri birləşdirmək qeyri-mümkündür”.

 

İP KŞ üzvü qeyd edib ki, müxalifətin birliyinə yönələn Milli Şura ideyası istiqamətində danışıqlar aparılsa da, bu birlik baş tutmaya bilər: “Ola bilsin ki, biz Milli Şura ideyasını gerçəkləşdirə bildik. Amma bu baş tutmaya da bilər. Ümumiyyətlə, müxalifətin yeni birliyinin yaranmasına mane olan öncə bəzi qüvvələrin şəxsi ambisiyaları, digər halda isə həmin partiya və ya şəxslərin başqa yerlərdən qaynaqlanmasıdır. Ona görə də bu çox mürəkkəb bir prosesdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR