Bank Of Baku

Vladimir Putin: “MKİ- keçmiş agenti Edvard Snouden müttəfiqimiz ABŞ-a ziyan verməmək şərti ilə Rusiyada qala bilər”

Vladimir Putin: “MKİ- keçmiş agenti Edvard Snouden müttəfiqimiz ABŞ-a ziyan verməmək şərti ilə Rusiyada qala bilər”
# 01 iyul 2013 22:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Edvar Snouden müttəfiqimiz ABŞ-a ziyan verməmək şərti ilə Rusiyada qala bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Moskvada keçirilən Qaz İxrac Edən Ölkələrin dövlət və hökumət başçılarının Forumundan sonra baş tutan mətbuat konfransında çıxış edən Rusiya prezidenti paytaxtın Şeremetyеvo hava limanında tranzit ərazidə bir həftədən çox gözləyən Edvard Snoudenlə bağlı sualları cavablandırıb.  

 

Edvard Snoudenin Rusiyada qalmaq istəməsi ilə bağlı şərtlərinin olduğunu söyləyən Vladimir Putin bildirib ki, E. Snouden amerikalı müttəfiqlərimizə zərər verəcək fəaliyyətləri dayandırmalıdır. O, özünü insan haqlarının müdafiəçisi kimi hiss edir və bu cür fəaliyyəti başa çatdırmaq istəmirsə, onda özünə yaşayacaq bir ölkə seçməsi və həmin ölkəyə getməsi gərəkdir. Təəssüflər olsun ki, bunun nə zaman baş verəcəyini bilmirəm”.

 

Putin Snoudeni keçmiş kəşfiyyatçı kimi görmədiyini və insan haqlarının müdafiəçisi kimi qəbul etdiyini söyləyib: “Bizim insan haqları təşkilatlarımız Snoudenin ölüm cəzasının olduğu bir ölkəyə göndərilməsinə qarşıdırlar. Ancaq bunlar fərqli mövzulardır. Bunu mütəxəssislərin öhdəsinə buraxmaq lazımdır. 

 

Rusiya prezidenti rus kəşfiyyat orqanlarının Snoudenlə heç bir əlaqəsinin olmadığını və bundan sonra da olmayacağını söyləyib: “Bir daha təkrarlamaq istəyirəm. O, bizim agentimiz deyil və onunla heç bir iş birliyimiz yoxdur.  Biz xaricdə həbs edilən agentlərimizi sadəcə məhkəmə qərarları ilə burda həbs olunanlara dəyişdirə bilərik”.

 

Vladimir Putin ABŞ-ın Rusiyanın bu ölkədəki səfirliklərinin dinlənilməsi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, müttəfiqlərin bir-birilərini dinləməsi mövzusunun Rusiyaya aidiyyatı yoxdur: «Onlar nə etmək istəyirlərsə, eləsinlər. Ancaq biz belə bir ehtimalı mümkün sayırıq. Kim nə üçün dinlədi və bu dəqiqə üçün heç nədən əmin deyilik. ABŞ-ın qlobal səviyyədə kəşfiyyat xidməti var. Və bu xidmət böyük həcmdə fəaliyyət göstərir»”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR