Bank Of Baku

Xaçmazda sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 milyon manat ayrılıb

Xaçmazda sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 milyon manat ayrılıb
# 23 iyul 2013 16:27 (UTC +04:00)

 APA-nın məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Xaçmaz rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul Tipli Elektrik Stansiyası və Olimpiya İdman Kompleksi tikilib, Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub, Regional İnkişaf Mərkəzi yaradılıb, Tarix-diyarşünaslıq və “Xalça” muzeyləri, təhsil, mədəniyyət, turizm və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni istehsal və emal müəssisələri açılıb, yollar çəkilib, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

 

Sərəncama əsasən, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat    fondundan 2,0 (iki) milyon manat ayrılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR