Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz şəhərində YAP Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü var. Onların 2 min 300-ü qadın, 1500-ü isə gəncdir.
Prezident rayon təşkilatının yeni inzibati binası ilə tanış olub, yaradılan şəraiti yüksək qiymətləndirib.