Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın cənub bölgəsində səfərdədir. YAP-dan APA-ya verilən məlumata görə, partiya rəhbərliyi Yardımlı və Masallı rayonlarında görüşlər keçirəcək.
Gün ərzində əvvəlcə Yardımlı, sonra isə Masallı rayonunda partiya fəalları və gənclərlə görüşlər təşkil olunacaq.