Bank Of Baku

Yeni Azərbaycan Partiyasının V qurultayı iyun ayının ilk ongünlüyündə keçiriləcək

Yeni Azərbaycan Partiyasının V qurultayı iyun ayının ilk ongünlüyündə keçiriləcək
# 31 may 2013 10:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qurultayda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib.

 

Partiya rəsmisi bildirib ki, YAP-ın V Qurultayı iyun ayının ilk ongünlüyündə “Buta Palace” sarayında keçiriləcək. Onun sözlərinə görə, partiyanın rayon-şəhər təşkilatlarında müəyyənləşdirilmiş nümayəndəlik formasına əsasən, qurultaya nümayəndələrin seçilməsi prosesi sabah yekunlaşacaq: “Sabah keçiriləcək təşkilatı konfransda qurultaya sonuncu nümayəndələr seçiləcək və bütün qurultay nümayəndələri müəyyənləşmiş olacaq. Bundan sonra qurultayın digər hazırlıq işlərinə başlanacaq ki, bura nümayəndələrə vəsiqələrin hazırlanması, vəsiqələrin verilməsi və digər məsələlər daxildir”.

 

S.Novruzov prezident İlham Əliyevin də qurultayda iştirak edəcəyini qeyd edib: “Qurultayın əsas məqsədi qarşıdan gələn prezident seçkilərində namizədin irəli sürülməsidir. Bütün partiya üzvlərinin yekdil qərarı Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən prezidentliyə namizəd seçilməsindən ibarətdir”.

 

Qurultayın dəqiq tarixinə gəldikdə, S.Novruzov bunun partiyanın sabahkı konfransdan sonra açıqlanacağını deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR