Bank Of Baku

Yenidən hazırlanan “Reklam haqqında” qanunun Milli Məclisin plenar iclasında müzakirəsi təxirə salınıb

Yenidən hazırlanan “Reklam haqqında” qanunun Milli Məclisin plenar iclasında müzakirəsi təxirə salınıb
# 27 iyun 2013 09:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində yenidən hazırlanan “Reklam haqqında” qanunun plenar iclasda müzakirəsi payız sessiyasına qədər təxirə salınıb.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, buna səbəb layihə ilə bağlı yeni təkliflərin daxil olması və ictimai müzakirələrin keçirilməsidir. Layihə təkliflər nəzərə alındıqdan və ictimai müzakirələrdən sonra parlamentin gündəliyinə salınacaq.

 

Qeyd edək ki, yeni qanun iyunun 21-də parlamentin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunaraq, plenar iclasa tövsiyə olunub.

 

Layihədə reklam yayımı ilə bağlı bir sıra yeniliklər və qadağalar əksini tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR