Bank Of Baku

Yunanıstan baş naziri Antonis Samaras Azərbaycanda səfərdə olub

Yunanıstan baş naziri Antonis Samaras Azərbaycanda səfərdə olub
# 19 may 2013 20:28 (UTC +04:00)

Bakı-APA. Bu gün Yunanıstan baş naziri Antonis Samaras Azərbaycanda səfərdə olub. APA-nın xəbərinə görə, baş naziri Azərbaycanın sənaye və energetika naziri, Azərbaycan- Yunanıstan hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşən baş nazir daha sonra Heydər Əliyev Mərkəzində olub. Baş nazirə Mərkəz barədə məlumat verilib. Qonaq “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub.

 

Yunanıstanın baş nazirinin Azərbaycana işgüzar səfəri elə bu gün də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR