Bank Of Baku

Zəfər Quliyev: “Siyasi partiyaların İctimai Palatada dominantlığını azaltmaq niyyətindəyik”

Zəfər Quliyev: “Siyasi partiyaların İctimai Palatada dominantlığını azaltmaq niyyətindəyik”
# 24 dekabr 2012 14:04 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “İctimai Palatada vətəndaş cəmiyyətinin təmsilçiliyi artırılacaq”.

 

Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev verib. O bildirib ki, İP-də islahatların tərkib hissəsi olaraq, bu məqam önə çıxıb: “İslahatların tərkib hissəsi olaraq, siyasi partiyaların İctimai Palatada dominantlığını azaltmaq niyyətindəyik. Aydındır ki, İctimai Palatada aparıcı qüvvə Müsavat Partiyası və AXCP-dir. Lakin Koordinasiya Şurasında razılığa gəlinib ki, siyasi partiyaların dominantlığı bir qədər azalsa, o cümlədən İctimai Palatanın sessiyasında vətəndaş cəmiyyəti üzvlərinin sayını artıra bilsək, qarşılıqlı ziddiyyətlər də azala bilər”.   

 

Z. Quliyev qeyd edib ki, vətəndaş cəmiyyəti üzvləri İP-də bufer rolunu oynaya bilər: “Məhz, vətəndaş cəmiyyətinin nümayəndələri konsensusa gəlməsi istiqamətində ümumi işə kömək edə bilərlər. 2013-cü ildə həm seçkiyə hazırlıq işi, həm də həmin formatda islahatlar paralel olaraq gedəcək”.

 

Z. Quliyev bildirib ki, partiya liderləri islahatların bu şəkildə aparılmasında maraqlı olmalıdırlar: “İlkin olaraq partiya liderləri buna dəstək verib. Ona görə də güman edirəm ki, liderlərin mövqeyi sıravi üzvlər üçün də önəmli olar və sessiyada da dəstək qazana bilərik. Burada hər bir kəs ümumi maraqlar naminə partiya ambisiyalarından geri çəkilməlidirlər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR