Bank Of Baku

Zərdabda yanğın olub

Zərdabda yanğın olub
# 29 mart 2013 20:49 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon yanğından mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Dəluquşçı kəndində qeydə alınıb. 1936-cı il təvəllüdlü Mehrəliyev Vəli Usub oğluna məxsus 1 mərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib. Ümumi sahəsi 140 kv.m olan evdə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın baş verən 1 otaq əşyaları ilə birlikdə yansa da yanğınsöndürənlərin səyi nəticəsində qalan 3 otaq yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR