Binəqədidə Alı Mustafayevin barelyefinin açılışı olub

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bu gün Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.

 

Binəqədi RİH-dən APA-ya verilən məlumata görə, öncə Alı Mustafayevin 65 illik yubileyi münasibətilə hazırlanmış barelyefin üzərindən örtük götürülüb.

 

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və fəaliyyəti barədə danışıb.

 

Sonra çıxış edən Binəqədi RİH başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildiriblər ki, Alı Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir. O, Qarabağ münaqişəsi başlayandan bu problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə televiziya reportajları hazırlayıb: “Onun necə jurnalist olduğunu cəmiyyət tanıyır. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub".

 

Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva Binəqədi RİH-ə və tədbirin digər təşkilatçılarına təşəkkür edib, mərhum jurnalistlə bağlı xatirələrini danışıb.

 

Tədbirin bədii hissəsində əməkdar artist Sabir Məmmədovun və 115 və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib, kompozisiya nümayiş olunub.

 

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə Milli Məclisin üzvü Azay Quliyevə, barelyefin müəllifi Azad Əliyevə və iş icraçısı Vüsal Əyyubova  Fəxri Fərman təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ