Sergey Markov: “ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq”

sergey markov uak in legvi ile bagli qerarin menfi neticeleri olacaq

“Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq”.

 

Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib. O bildirib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: “Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”.

 

Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: “Bunlardan birincisi ÜAK-ın sənədlərində olan problemlərdir. Hansı ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasında öz əksini tapıb. İkinci səbəb diaspor daxilində baş verən proseslərdir. Üçüncü səbəb isə ÜAK-ın kimin patronajlığı altında olmasıdır. Məncə, Bakı və Moskva bu məsələdə pariteti saxlamalıdır. Ən mühüm mümkün səbəb isə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər”.

 

Ekspert Konqresin ləğvini böyük səhv adlandırıb: “Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”.

 

S. Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: “Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ