Bank Of Baku

Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımaları 15% artıb

Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımaları 15% artıb
# 14 yanvar 2026 10:54 (UTC +04:00)

Ötən il Qazaxıstanın "KazMunayQaz" milli şirkətinin (KMQ) törəməsi “Kazmortransflot” Aktau-Bakı-Aktau fider xətti üzrə iyirmi futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşınıb.

Bu barədə “APA-Economics” "KazMunayQaz"ın rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, daşımaların həcmi 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 faizdən çox artıb. Müsbət dinamika Tranzit Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz - red.) üzrə daşımalarına tələbin artması ilə şərtlənir.

“Daşımaların həcminin ardıcıl şəkildə artırılması “Kazmortransflot” şirkətinin etibarlı dəniz logistikasının təmin edilməsində, ixrac-tranzit marşrutlarının şaxələndirilməsində, eləcə də Asiya ilə Avropa arasında multimodal daşımaların inkişafında əsas rolunu təsdiqləyir”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR