Azərbaycanda sərnişin daşımaları 8%-dən çox artıb

Azərbaycanda sərnişin daşımaları 8%-dən çox artıb
# 15 iyun 2024 11:07 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4% və 8,1% artıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Beş ayda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 94 milyon ton yük daşıyıb. Yüklərin 3,6%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57,8%-i avtomobil nəqliyyatı, 30,3%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,6%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR