Azərbaycanın Belarusla nəqliyyat və daşımalar sahəsində əməkdaşlığı müzakirə edilib

Azərbaycanın Belarusla nəqliyyat və daşımalar sahəsində əməkdaşlığı müzakirə edilib
# 16 may 2024 12:10 (UTC +04:00)

Azərbaycanın Belarusla dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə edilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Ölkəmizdə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşdük. Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR