Bayram günlərində ADY-nın yeni istifadəyə verilmiş qatarlarına 5 dəfə daş atılıb

Bayram günlərində ADY-nın yeni istifadəyə verilmiş qatarlarına 5 dəfə daş atılıb
# 20 iyun 2024 15:09 (UTC +04:00)

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.

“Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

ADY dəmir yolu sahəsində hərəkətin təhlükəsizliyinin təmin olunması, qaydalara riayətin vərdiş hal alması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər təşkil edir, sakinlərlə davamlı görüşlər keçirir, maarifləndirmə kampaniyaları aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR