Bank Of Baku

İran Prezidentinin müşaviri: Son vaxtlar avtomobil və dəmir yollarına əhəmiyyətli həcmdə vəsait ayrılıb

İran Prezidentinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur

© APA | İran Prezidentinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur

# 09 oktyabr 2026 13:18 (UTC +04:00)

İranda son vaxtlar avtomobil və dəmir yollarına əhəmiyyətli həcmdə vəsait ayrılıb.

Bunu İran Prezidentinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur APA-nın Tehran müxbirinə açıqlamasında deyib.

İran Prezidentinin müşaviri bildirib ki, müharibədən sonra gömrük məntəqələri istiqamətində müsbət dəyişikliklər baş verib, işlərin asanlaşdırılması üçün bəzi qaydalara düzəliş edilib, qeyri-neft ixracına daha çox diqqət ayrılıb.

Onun sözlərinə görə, qeyri-neft məhsullarının bazara çıxarılması sahəsində də yaxşı işlər görülüb.

Məsumə Ağapur qeyd edib ki, hazırkı problemlər aradan qalxdıqdan və İran iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar ləğv olunduqdan sonra qeyri-neft ixracına, eləcə də texnologiya və biliklərə əsaslanan sahələrə ayrılan diqqət bir neçə dəfə artırılmalıdır.

Ağapur Şimal-Cənub dəhlizinin Astara hissəsinin tamamlanması üçün maliyyələşmənin sürətləndirilməsinə də toxunub. O vurğulayıb ki, hazırda Şərq-Qərb dəhlizi də xüsusi diqqət yetirilən mühüm məsələlərdəndir.

“Sərhəd gömrük məntəqələrində müsbət yeniliklər gözlənilir”, – İran Prezidentinin müşaviri deyib.

O əlavə edib ki, bəzi təhdidlər vəziyyəti çətinləşdirə bilsə də, hazırda iqtisadi müharibənin ön cəbhəsində dayanan bir çox istehsalçı əvvəllər ölkəyə idxal edilən bəzi məhsulların yerli istehsalını təmin edə bilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR