Moskva vilayətində Tverə gedən elektrik qatarında yanğın olub

Moskva vilayətində Tverə gedən elektrik qatarında yanğın olub
# 26 may 2024 12:44 (UTC +04:00)

Moskva vilayətində Povarov stansiyasında elektrik qatarın yanğın olub.

APA-nın xəbərinə görə, bu barədə Oktyabr Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğın 6710 saylı Moskva-Tver elektrik qatarında səkkizinci və doqquzuncu vaqonların arasında damda başlayıb. Xovrino dəmir yolu stansiyasında yanğınsöndürmə qatarı göndərilib.

Yanğının səbəbi və dəyən ziyanın həcmi araşdırılır. Sərnişinlər evakuasiya edilib, xəsarət alan yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin yaydığı məlumatda bildirilib ki, yanğın barədə saat 14.54-də məlumat daxil olub. Bir vaqon yanıb, yanğın 140 kv.m sahəni əhatə edib. Yanğın 1 saatdan sonra, saat 15.56-da lokallaşdırılıb. Yanğının söndürülməsinə 10 texnika və 30 yanğınsöndürən cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR