Bank Of Baku

Rolande Pryce: Qara dəniz və Xəzər dənizi mühüm enerji dəhlizləridir

Rolande Pryce: Qara dəniz və Xəzər dənizi mühüm enerji dəhlizləridir
# 22 sentyabr 2025 13:02 (UTC +04:00)

Qara dəniz və Xəzər dənizi mühüm enerji dəhlizləridir.

"APA -Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce deyib.

O bildirib ki, planlaşdırılan Qara dəniz sualtı kabeli transformativ rol oynayacaq. Enerji təhlükəsizliyini, rəqəmsal əlaqəliliyi və Cənubi Qafqaz, Mərkəzi Asiya ilə Avropa arasında inteqrasiyanı gücləndirəcək:

"Bu təşəbbüs Gürcüstan və Rumıniyada çıxış məntəqələri ilə Cənubi Qafqazın elektrik və rəqəmsal bazarlarını Aİ ilə birləşdirəcək. Regional inteqrasiya istiqamətinə sadiq qalınarsa, digər Cənubi Qafqaz ölkələri də bundan böyük fayda əldə edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR