Bu gün Şımkent şəhəri, Şımkent aeroportu həm Cənub-Şərqi Asiyaya, həm Rusiya regionlarına, həm də Yaxın Şərq ölkələrinə yeni qapılar açır.
“APA-Economics" xəbər verir ki, bunu SCAT aviaşirkəti, "Şımkent Beynəlxalq Terminalı" MMC-nin direktoru Vladimir Denisov AZAL-ın Bakı-Şimkent-Bakı birbaşa reysinin açılışına həsr olunmuş tədbir zamanı bildirib.
Onun sözlərinə görə, Şımkent aeroportunun sərnişin terminalı ilə Heydər Əliyev adına aeroport arasındakı körpü iki dövlətin fəaliyyətində və əməkdaşlığında çox mühüm bir halqadır.
"Qazaxıstanın müstəqilliyinin ilk illərində, qurulduğu dövrdə açılan bir çox istiqamətləri xatırlaya bilərəm. Bəli, biz aviaşirkət olaraq Aktau -Bakı reyslərini də yerinə yetirirdik. Bizdə Bakıdan Şımkentə, məhz AZAL aviaşirkətinin əsasən Tu-134 təyyarələri ilə yerinə yetirilən çox sərnişin sıxlığı olan reysləri var idi. Burada yük proqramları da həyata keçirilirdi, ona görə də bu sıx əlaqə Şımkent və Bakı arasında yenidən qurulan yeni bir körpü, yeni bir marşrut sayəsində indi bərpa olunur", - Vladimir Denisov qeyd edib.
O vurğulayıb ki, hamı bilir ki, artıq uzun illərdir Azərbaycan, Heydər Əliyev Beynəlxalq Aeroportu Avropaya açılan bir pəncərə, Amerikaya açılan bir pəncərə rolunu oynayır. Və təbii ki, bütün yaxın ölkələr üçün də həmçinin.
"Əziz həmkarlar, bu gün sizi terminalımızda görməkdən və Azərbaycandan olan bütün dostlarımızı salamlamağa çox şadam, Ümid edirəm ki, iki böyük şəhəri arasındakı bu sıx əməkdaşlıq sadəcə bərpa olunmaqla qalmayacaq, həm də çox böyük gələcək perspektivlərə sahib olacaq" - Vladimir Denisov əlavə edib.