Bank Of Baku

İsveçdə vəfat edən Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilir

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev

© APA | Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev

# 30 dekabr 2025 13:49 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR