Türkiyə Gənclik Birliyi başqanı: “Almaniyadakı qondarma “erməni soyqırımı” toplantısına etiraz olaraq aksiya keçirəcəyik”

turkiye genclik birliyi basqani almaniyadaki qondarma ermeni soyqirimi toplantisina etiraz olaraq aksiya kecireceyik

 

Qondarma “erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında obyektiv mübarizə aparan Türkiyə Gənclik Birliyi başqanı Cem Dikmənin APA-ya müsahibəsi

 

- Sentyabrın 14-17-də Almaniyanın Potsdam Universitetində keçirilməsi planlaşdırılan qondarma “erməni soyqırımı” toplantısıyla bağlı təşkilatınızın  hansı planları var?

- Həm Sabancı universiteti konfransın təşkilatçılığından öz loqosunu çıxardı, həm də universitetin müəlliməsi Hülya Adakın adı təşkilatçılar siyahısında görünmür. Türkiyədən heç bir elm ocağı, heç bir alimi  bu cür xəyanətlərdə iştirak etməməli, o toplantılara getməməlidir. Birtərəfli şəkildə Türkiyəni “soyqırımı”nda suçlayan bu cür toplantıları biz xəyanət kimi qiymətləndiririk.

 

- Potsdamdakı toplantıya qarşı Almaniyada etiraz aksiyası keçirəcəksinizmi?

- Təşkilatımızın Almaniyadakı şöbəsi Potsdam Universitetiylə daima əlaqə saxlayıb son vəziyyəti öyrənir, bizə də məlumat verir. Böyük ehtimalla, Almaniyadakı toplantı təxirə salınmayacaq. Biz indi Potsdam Universitetinin qabağında etiraz aksiyası keçirməyə hazırlaşırıq. Avropadakı təşkilatlarımızla məsləhətləşmələr aparırıq, 14-17 sentyabrda biz də qondarma “erməni soyqırımı” toplantısının keçiriləcəyi universitetin qabağında fasiləsiz aksiya keçirəcəyik. Bu cür böhtanları nə tarixi, nə də hüquqi baxımdan qəbul etmək mümkündür.

 

- Türkiyədən bəzi “elm adamları”nın, ali təhsil ocaqlarının və həmçinin, Qərb universitetlərində çalışan bəzi türklərin bu cür toplantıların keçirilməsində canfəşanlıq göstərmələri barədə nə demək istərdiniz?

- Türkiyədəki heç bir elm ocağı Türkiyəni birtərəfli suçlayan bu cür toplantılara sponsorluq etməməlidir. Toplantı keçirmək istəyirlərsə, əks fikirdə olan elm adamlarını da dəvət etməlidirlər. Başqa cür heç bir toplantı obyektiv ola bilməz, biz də öz haqlı etirazımızı bildirməkdən çəkinmərik. Bəzi türk mənşəli elm adamları da Qərbdəki erməni diasporunun təsiri altında qalır və ya müəyyən vədlərlə onları öz tərəflərinə çəkib, Türkiyəyə qarşı böhtanlar yağdırırlar. Təkrar edirəm: qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi və hüquqi əsası yoxdur. Avropa İnsan Haqları Məhkəməsi Vətən Partiyasının lideri Doğu Perinçəkin şikayətindən sonra İsveçrəni cəzalandırmış, daha sonra Böyük Dairə o qərarı təsdiqləyərək, bu məsələyə hüquqi nöqtəni qoymuşdu. Qondarma “erməni soyqırımı” işlərinə yenidən həvəslənənlər AİHM qərarlarını unutmamalıdırlar. Fürsətdən istifadə edərək Avropadakı azərbaycanlı türk qardaşlarımızı da aksiyamıza dəstək verməyə çağırıram. Çünki bu, bizim müştərək mübarizəmizdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:08 17 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • korrupsiyaya qarsi mubarize bas idaresinde oten ilin yekunlarina dair metbuat konfransi kecirilib
    Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən ilin yekunla...
  • baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub
    Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansi...
baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0827
 
RR
0.0301