Kürdəmirdə 8 aylıq uşağın ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır qəza baş verib - VİDEO

Kürdəmirdə 8 aylıq uşağın ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır qəza baş verib - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 21:09 (UTC +04:00)

APA – nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22:00 radələrində Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi “KaMaZ” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus “VAZ - 2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı Məmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR